2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.
Bu barədə resmixeber.az-a onun anası Şəfa Abdullayeva məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib:
“Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdiriblər. 23 apreldən reanimasiyada yatır. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Bu günə qədər onun müalicəsini aparmaq üçün borc almadığımız qapı qalmayıb. Artıq heç yerdən pul tapa bilmirik. Su almaq üçün belə, maddi durumumuz yoxdur. Qızımın sağalması üçün 3 000 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm”.
Əlaqə nömrəsi: 077-310-54-57 (anası Abdullayeva Şəfa).
www.RESMIXEBER.az