Milli Məclisin bir qrup deputatı Türk Dövlətləri Təşkilatının xətti ilə mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün İstanbul şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlar Hikmət Məmmədov, Jalə Əliyeva, İmamverdi İsmayılov, Mahir Abbaszadə, Pərvin Kərimzadə, Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Vüqar Bayramov, Məzahir Əfəndiyev və Ramin Məmmədov beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Deputatların səfəri mayın 16-da başa çatacaq.
www.RESMIXEBER.az