Rusiya mənbələri cümə və şənbə günləri verdiyi bir sıra qalmaqallı bəyanatlardan sonra “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ciddi problemləri olduğunu işarə edən xəbərlər yayıblar.
Belə ki, Rusiyanın Gulagu.net hüquq-müdafiə təşkilatı özünün “Telegram” kanalında “Vaqner” liderinin karyerasının sonu ilə bağlı yazı dərc edib. Oxşar paylaşımı təşkilatın yaradıcısı Vladimir Oseçkin özünün “Facebook” səhifəsində yazıb.
Paylaşımda Rusiyalı əsgərlərini “Z” ətçəkən maşınına atan Priqojinin karikaturası var.
“Belə görünür ki, the end… Təfərrüat sonra”, – deyə mesajda qeyd olunub.
Eyni zamanda, söhbətin konkret nədən getdiyi bəlli deyil – Priqojinin karyerasının sonu da ola bilər, onun fiziki olaraq aradan qaldırılması da.
Xatırladaq ki, Priqojin böyük itkilərə görə Baxmutdakı mövqelərini tərk etməyə hazır olduğu barədə ultimatum elan edib. O, həmçinin onlarla ölmüş rusiyalı əsgəri göstərərək müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı təhqiramiz ifadələr səsləndirib.
Mənbə: Dialog.ua
www.RESMIXEBER.az