Sabunçu rayonunda küçələrdə yolun işıqlandırılması üçün dirəklər quraşdırılmayıb.
Bu barədə ərazidə yaşayan sakinlər resmixeber.az-ın redaksiyasına müraciət ediblər.
Bildirilib ki, rayonun Sabunçu qəsəbəsinin Y.Əliyev və A.Əsədullayev küçələrinin kəsişməsində işıq dirəkləri yoxdur. Qaranlıq olduğu üçün ərazidə mütəmadi qəzalar baş verir.
Sabunçu Rayon İcra Hakimiyyətindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda “Bakı Abadlıq” MMC tərəfindən müvafiq layihələr əsasında rayonun bir neçə qəsəbəsində küçələrin işıqlandırılması ilə bağlı işlər davam etdirilir:
“Növbəti mərhələdə qeyd olunan ərazinin də işıqlandırılması nəzərdə tutulub”.
İlhamə Əbülfət
www.RESMIXEBER.az