İrəvanın səmimiyyətsizliyi regionda vaxtaşırı gərginlik yaradır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
“Azərbaycan öz torpaqlarını alıb, amma Qafqazda kövrəklik qalır. Ermənistanın qeyri-səmimi addımları səbəbindən zaman-zaman gərginlik artır”, – deyə XİN rəhbəri bildirib.
O, çıxışı zamanı Rusiya-Ukrayna müharibəsindən sonra şərq-qərb, Xəzər keçidi və Orta Dəhliz layihələrinə toxunub, enerji təhlükəsizliyi baxımından bunların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Hazırda biz Şərqi Avropaya qaz tədarük etməyə başlamışıq. Azərbaycandan gələn TANAP boru kəmərinin ötürmə qabiliyyətini 16 milyarddan 32 milyard kubmetrə çatdıracağıq, bu da haradasa 5-6 il çəkəcək”, – deyə Çavuşoğlu izah edib.
O, Orta Dəhliz layihəsini ticarət kimi yaxşı istifadə edilməli olduğunu da bildirib.
“Biz bunu Mərkəzi Asiya ölkələri və Azərbaycanla çox yaxşı qiymətləndiririk”, – deyə o qeyd edib.
Mənbə: Son Dakika
www.RESMIXEBER.az