Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslının resmixeber.az-a verdiyi məlumata görə, məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.
İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.RESMIXEBER.az