Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Probasiya Xidmətində icra olunub.
resmixeber.az xəbər verir ki, sərəncama əsasən Probasiya Xidmətindən Bakı şəhəri üzrə şərti olaraq məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və azadlığı məhdudlaşdırılan 28 nəfər cəzadan azad edilib.
Onlardan biri yetkinlik yaşına çatmamış şəxs, bir nəfər isə əcnəbidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Bu sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Aysel Aslan
www.RESMIXEBER.az