Ceyhun Bayramov: “Azərbaycanın atdığı addımlar regionda sülhü təmin etməyə yönəlib”

Dünya


“Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan dövlətinin atdığı addımlar regionda sülhü təmin etməyə yönəlib”.

resmixeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva XİN başçısı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilmiş brifinq zamanı deyib.

Nazir qeyd edib ki, ölkəmiz regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, eləcə də kommunikasiyaların açılması istiqamətində fəaliyyətini davam etdirir.

“Qarabağda həyata keçirilən işlərin hamısı orada humanitar fəlakətlərin qarşısını almaq və Qarabağdan məcburi köçürülmüş vətəndaşlarımızın evlərinə qayıtmasına yönəlib. Orada mina təhlükəsi hələ də qalır və minalarla çirklənmiş ərazilərin təmizlənməsi sürətlə davam etdirilir”, – XİN rəhbəri əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir