İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni hal-hazırda müalicədə olduğu Milanın San Raffaele klinikasından videomüraciət yayımlayıb.
O, Aİ ölkələrinin dünya siyasətinə münasibətinin yanlış olduğunu bildirib və qeyd edib ki, məhz buna görə dünya birliyi artıq köhnə qitə ilə hesablaşmır.
“Əgər Çin – mən bunu təbii ki, mübaliğəli şəkildə deyirəm – bir gün İtaliyanı və bəlkə də başqa bir Avropa ölkəsini işğal etmək qərarına gəlsə, bizim bunun qarşısını necə ala biləcəyimiz barədə heç bir fikrimiz olmayacaq və edə biləcəyimiz ən yaxşı şey çin dilini öyrənmək üçün məktəbə getməkdir.”, – Berluskoni bildirib.
İtaliya hökumətinin keçmiş başçısının sözlərinə görə, mövcud vəziyyəti dəyişmək üçün Aİ ölkələri bir-biri ilə sıx təmasda olmaqla ümumi hərbi siyasət yürütməlidirlər. Həmçinin, onun fikrincə, hərbi xərcləri artırmaq, eləcə də çevik reaksiya qüvvələrinin sayını ən azı 300 min nəfərə çatdırmaq lazımdır.
Mənbə: rossaprimavera.ru
www.RESMIXEBER.az