İranın Ali İnqilab Şurasının katibi: “Hicabsızlıq və yarımçıq hicab iffətsizlik demək deyil” – FOTO

Dünya


“Hicabsızlıq və yarımçıq hicab iffətsizlik demək deyil”.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İranın Ali İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah Dezfuli deyib.

O, hicab və iffət anlayışlarına münasibət bildirib:

“Hicabsızlıq və yarımçıq hicab iffətsizlik demək deyil. Hicab və iffət hər biri fərqli məsələdir.  Kişilərin də geyimi və davranışına nəzarət etmək lazımdır”.

“Hicablı və ya yarımçıq hicablı qadınlara sataşan kişiləri niyə görmürük? Nə üçün onların bu hərəkətinə göz yumulur? Həmin şəxslərə ağır cərimələr tətbiq edilməlidir”, – deyə o, kişilərin qadınlara qarşı əxlaqsız davranışlarına toxunub.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir