Türkiyənin Hatay bölgəsinin Belen rayonunda yük maşını yoldan çıxaraq yaxınlarını hərbi xidmətə yola salan izdihama çırpılıb.
İnsident nəticəsində altı nəfər faciəli şəkildə ölüb, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı yol kənarında dayanan iki mikroavtobus da alışaraq yanıb.
Hazırda ağır qəzanın baş vermə səbəbləri araşdırılır.
Mənbə: DHA
www.RESMIXEBER.az