Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

Cəmiyyət


Xaçmazda avtomobilin vurduğu velosipedçi ölüb.

resmixeber.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Seymur Bəyəli oğlu Dusmətov Köhnə Xudat kəndi ərazisindəki yolda idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən velosipedçi, 1998-ci il təvəllüdlü Sənan Cəmaləddin oğlu Həmrayevi vurub.

Sənan Həmrayev hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir