Erhan Ertürk: “Azərbaycandakı möhtəşəm tədbirdə olduğumuz üçün qürur duyuruq” – FOTO

Siyasət


“Belə möhtəşəm tədbirdə burada olduğumuz üçün qürur duyuruq”.

“resmixeber.az” xəbər verir ki, bunu Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı danışarkən deyib.

Funksioner təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib:

“Qardaş ölkəmiz bizi çox yaxşı qarşıladı. Azərbaycan və Türkiyə qarşıdakı illərdə də birlikdə möhtəşəm tədbirlərdə iştirak edəcək”.

Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı təşkilatçılara təşəkkür edib:

“Mingəçevirdə, Şuşada və Qarabağda olduğumuz üçün çox xoşbəxtik. Bütün təşkilatçılara təşəkkür edirəm. Azərbaycandakı yarışda ötən illə müqayisədə iştirakçı ölkələrin sayı artıb. Biz qardaş ölkəyik. Türkiyə idmançıları da burada yaxşı çıxış edirlər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir