Altsheymer xəstəliyində yaddaşı qorumağın sadə üsulu açıqlandı

Dünya


Neyrodegenerativ xəstəlikləri olan insanlarda dərin yuxu yaddaş itkisinin qarşısını alır.

Bu barədə Berklidəki (ABŞ) Kaliforniya Universitetinin alimləri Altsheymer xəstəliyinin qarşısının alınması ilə bağlı araşdırmalarında bildiriblər. Tədqiqat “BMC Medicine” jurnalında dərc edilib.

Tədqiqatlar zamanı alimlər sağlam və demensiya diaqnozu qoyulmuş 62 nəfər yaşlı insanı testdən keçiriblər.

Məlumdur ki, Altsheymer xəstəliyi beyində amiloid lövhələrinin (zülalların yığılması) ilə əlaqəlidir. Beta-amiloid yığıntısı olmayan (sağlam) qrup üçün dərin yuxu yaddaşa əlavə təsir göstərməyib. 

Beyində çöküntü olan insanlar arasında dərin yuxuya sahib qrupla pis yatmış qrup arasında da müqayisə aparılıb. Məlum olub ki, yaddaş testində birinci qrup daha yaxşı nəticə göstərib.

Beləliklə aydın olub ki, beyində beta-amiloid yığılması olsa belə, dərin yuxu bu lövhələrin yaddaşa zərərli təsirlərini kompensasiya edir.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir