Sosial şəbəkələrdə Yasamal rayonu ərazisində piyadalar üçün nəzərdə tutulmuş səki üzərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslə polis əməkdaşı arasında münaqişəni əks etdirən görüntülər paylaşılıb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov resmixeber.az-a bildirib ki, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, polis əməkdaşı qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovdan bu hərəkətlərinə son qoymağı tələb edib.
Polisin qanuni tələbinə riayət etmək əvəzinə V.Əzizov onu münaqişəyə təhrik edərək satdığı məhsulları ilk olaraq özü dağıdıb. Yalnız bundan sonra əsəblərinə hakim ola bilməyən polis əməkdaşı onun satdığı məhsulların qutusunu təpikləyib.
Baş vermiş bu insidientlə əlaqədar polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılaraq barəsində xidməti yoxlamalar başlanılıb.
Qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovun da əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır.
www.RESMIXEBER.az