Neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət qaydaları təsdiqləndi

Cəmiyyət


“Quruda yerləşən neft-qaz obyektlərində terrorçuluğa qarşı mübarizə üzrə qurumlararası fəaliyyət Qaydaları” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalara əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və əməliyyatçı şirkətlər bu Qərarla təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Müəyyən edilib ki, bu qaydalarda göstərilən tədbirlərin maliyyə təminatı dövlət büdcəsində qeyd olunan qurumların saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir