Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.
resmixeber.az xəbərinə verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Rayon sakini 18 yaşlı İ.İsayev bud və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
www.RESMIXEBER.az