İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib – Rəsmi Bakıdan AÇIQLAMA

Siyasət


Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun dörd əməkdaşının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məlumatlar yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib.

resmixeber.az xəbər verir ki, nazirliyin mətbuat katibi Ayxan Hacızadə açıqlamasında yayılmış məlumatların yeni olmadığını deyib:

“Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edilmişdi.

İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.

Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”, – XİN rəsmisi qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir