Moldova hakimiyyəti iyunun 1-2-də hava məkanını bağlayacağını elan edib.
Bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb.
Bildirilir ki, qərar ölkədə Avropa siyasi ictimaiyyətinin sammitinin keçirilməsi ilə bağlıdır.
“Moldova hava məkanını iyunun 1-dən yerli vaxtla saat 00:00-dan – iyunun 2-si yerli vaxtla saat 07:00-a qədər bağlayacaq”, – deyə məlumatda vurğulanıb.
Qadağa biznes təyyarələrinə şamil edilməyəcək.
O da bildirilir ki, mayın 15-dən 25-dək Kişineu Beynəlxalq Aeroportunun yaxınlığındakı avtomobil dayanacağı xüsusi rejimdə fəaliyyət göstərəcək. Aşağı mərtəbələrdə avtomobillərin parklanması qadağan olunacaq.
Xatırladaq ki, martın 28-dən Bakı və Moldovanın paytaxtı arasında birbaşa aviareys açılıb. Kişineudan Bakıya çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətə isə çərşənbə, cümə və bazar günləri üçün reyslər həyata keçirilib.
Mənbə: Rbc.ua
www.RESMIXEBER.az