BMT-nin mükafatına layiq görülən siyasi məhbus: “İran rejimi şagirdləri qəsdən zəhərləyir” – FOTO

Dünya


“İran rejimi şagirdləri qəsdən zəhərləyir”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə güney azərbaycanlı hüquq müdafiəçi Nərgiz Məhəmmədi bəyan edib.

“Qadınlar etiraz aksiyalarında fəal iştirak etdiklərinə görə, İran hökuməti onlardan qisas alır, qızların təhsildən uzaqlaşdırılmasına çalışır”, – deyə 10 il 8 ay həbs cəzasına məhkum olan və hazırda Tehranın Evin həbsxanasında olan siyasi məhbus bildirib.

O, İran hakimiyyəti ilə “Taliban” hökumətinin qadınlara qarşı mövqelərinin eyni olduğunu deyib.

“Hər ikisi də mahiyyətcə eynidir. Sadəcə “Taliban” qadınlara qarşı mövqeyini tribunalardan bəyan edir, İran hökuməti isə bunu məkrli siyasətlə həyata keçirir”,- deyə xanım Məhəmmədi qeyd edib.

Xatırladaq ki, Nərgiz Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir