Biləsuvar rayonunda 18 yaşlı gənc bıçaqlanıb.
“resmixeber.az”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü İ. İsayev bud və qarın nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alıb.
O, rayon xəstəxanasına aparılıb. Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az