Almaniya səfiri Qubaya səfər edib

Cəmiyyət


Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.

resmixeber.az-nın şimal bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Səfir Dağ yəhudilərinin kompakt məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, sinaqoqlar və Quba şəhərini Qırmızı Qəsəbə ilə birləşdirən tarixi “Tağlı körpü” ilə tanış olub.

Səfir qeyd edib ki, bu, onun Qubaya ilk rəsmi səfəridir. “Bu gün Qubanın icra başçısı Ziyəddin Əliyevlə ikitərəfli əlaqələr, o cümlədən Quba ilə əməkdaşlığa dair fikir mübadiləsi apardıq. İkitərəfli əlaqələr yalnız iki ölkə arasında deyil, eyni zamanda bələdiyyələr və şəhərlər arasında həyata keçirilir. Bu səbəbdən bu səfər zamanı məni Almaniyanın Leypsiq Şəhər Məclisinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri xanım Qabriele Qoldfus da müşayiət edib. Biz gələcək əməkdaşlıq haqqında da görüşlər keçiririk. Quba ilə Leypsiq arasında tərəfdaşlıq əlaqələri yarana bilər”, – deyə diplomat əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir