Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.
“resmixeber.az” xəbər verir ki, 28 yaşlı voleybolçunun şərəfini qoruduğu “Luqoy” üçüncü yeri tutub.
Adıçəkilən komanda üçüncülük uğrunda Buxarest “Rapid”i ilə qarşılaşıb. Hər üç görüşdə rəqibini məğlub edən “Luqoy” (3:0; 3:2; 3:1) Rumıniya çempionatının bürünc mükafatına yiyələnib.
Qeyd edək ki, Azərbaycan çempionu olan “Rabitə”nin sabiq voleybolçusu 2022-ci ildən “Luqoy”un formasını geyinir.
www.RESMIXEBER.az