İki övladı da xəstə olan ana fəryad edir: “Sadəcə övladlarımın yaşamasını istəyirəm” – FOTO

Cəmiyyət


Nihad və Ömər Əhmədovların sağalması üçün dəstəyə ehtiyacları var.

Bu barədə resmixeber.az-a onların anası Çinarə Əhmədova məlumat verib.

O bildirib ki, böyük oğlu Ömər böyrək çatışmazlığından, kiçik oğlu Nihad isə leykozdan əziyyət çəkirlər.

“Ömər tək böyrəklə anadan olub. Doğulduğu gündən müalicələr etsək də, artıq olan böyrəyi də işləmir. Övladımın cəmi 8 yaşı var. Dostları, yaşıdları qaçıb oynayarkən o, bunların heç birini edə bilmir. Xəstəliyinə görə həyatı bu yaşdan məhdudlaşıb. Həkimlər Ömərə təcili böyrək köçürülməli olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikaların birində həyata keçiriləcək. Əməliyyat üçün lazım olan 40 000 manatın 32 000 manatını toplasaq da 8 000 manatı toplamağa imkanımız çatmır”

Çinarə Əhmədova bildirib ki, 7 yaşlı övladı Nihad da anadangəlmə leykozdan əziyyət çəkir.

“Kiçik övladım Nihad artıq 7 ildir leykozdan müalicə alır. Həkimlər onun daha bir il müalicə almalı olduğunu deyirlər. Əgər vəziyyəti yaxşıya doğru gedərsə, ilik nəqlinə ehtiyac qalmayacaq. Nihadın 3 aylıq müalicəsi üçün isə bizə 7 000 manat lazımdır. Hazırda bu məbləği toplamaq üçün imkanımız yoxdur”

İki övladı da xəstə olan gənc ana yardımsevər şəxslərə səslənib:

“Bizim ailədə təkcə yoldaşımla qayınatam işləyir. İnanın 8 ildir dayanmadan müalicələr edirik. Əlimizdə olan demək olar hər şeyi satmışıq. Hazırda nə satmağa mülkümüz, nə də borc almağa yerimiz yoxdur. Hazırda ümumilikdə 15 000 manata ehtiyacımız var. İki övladın da birdən xəstə olmağı bir ana üçün çox ağırdır. Mən sadəcə övladlarımın yaşamasını, onların da yaşıdları kimi oynamasını, əylənməsini istəyirəm. Yardımsevər şəxslərdən övladlarıma dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: 051 572 72 48

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir