Bəzi yerlərdə leysan yağışları, dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA + FOTO

Cəmiyyət


Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimal və şərq rayonlarında intensiv və güclü olub, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Qrızda 5 sm olub.

Düşən yağıntının miqdarı Kürdəmirdə 37 mm (aylıq normanın 97%-i), Qəbələdə 36 mm (aylıq normanın 30%-i), Biləsuvarda 33 mm (aylıq normanın 102%-i), Sabirabadda 33 mm (aylıq normanın 99%-i), Astarada 30 mm (aylıq normanın 59%-i), Oğuzda 26 mm (aylıq normanın 25%-i), Neftçalada 26 mm (aylıq normanın 99%-i), Cəfərxanda 25 mm (aylıq normanın 76%-i), Göyçayda 24 mm (aylıq normanın 38%-i), Hacıqabulda 21 mm (aylıq normanın 79%-i), Zərdabda 20 mm (aylıq normanın 54%-i), İmişlidə 20 mm (aylıq normanın 60%-i), Beyləqanda 19 mm, Qaxda 17 mm, Qobustanda 16 mm, Mingəçevirdə 15 mm (aylıq normanın 33%-i), Xaltanda 15 mm, Lənkəranda 14 mm, Şəkidə 13 mm, İsmayıllı, Lerik, Yardımlıda 12 mm, Zaqatalada 11 mm, Qrızda 10 mm, Balakən, Şamaxı, Qubada 9 mm, Altıağac, Yevlaxda 8 mm, Gədəbəy, Şəmkir, Qusar, Şahdağda 7 mm, Daşkəsəndə 6 mm, Şahbuz, Göygöl, Tovuz, Bərdədə 2 mm, Ordubad, Naftalan, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Mayın 3-də şimal-qərb küləyi arabir Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Qax, Qrız, Göyçay, Lerik, Biləsuvarda müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, Naxçıvanda 4-9, dağlıq rayonlarda 1-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, aran rayonlarında 12 dərəcəyədək isti olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir