Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulacaq.
resmixeber.az-ın məlumatına görə, son gündə dörd oyun keçiriləcək.
Əvvəlcə B qrupunun matçları oynanılacaq. İlk olaraq autsayderlər – Türkiyə ilə CAR yığmaları üz-üzə gələcəklər. Türkiyə yığmasının 3-cü yerə az da olsa, şansı davam edir. Bunun üçün “ay-ulduzlular” qalib gəlməli, digər görüşdə isə Fransa Qazaxıstanı məğlub etməlidir.
A qrupunda heç bir şansı qalmayan İtaliya turnirdə son sınağını Çexiya önündə verəcək. Qrupda liderliyini bölüşdürən Azərbaycan və Serbiya millilərinin qarşılaşması isə birinci yerin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.
Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu
17:30. İtaliya – Çexiya
19:00. Azərbaycan – Serbiya
Komanda |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Serbiya |
3 |
2 |
1 |
0 |
12-5 |
7 |
2 |
Azərbaycan |
3 |
2 |
1 |
0 |
4-0 |
7 |
3 |
Çexiya |
3 |
1 |
2 |
0 |
8-5 |
5 |
4 |
Gürcüstan |
4 |
1 |
0 |
3 |
7-11 |
3 |
5 |
İtaliya |
3 |
0 |
0 |
3 |
5-15 |
0 |
B qrupu
14:30. CAR – Türkiyə
16:00. Fransa – Qazaxıstan
Komanda |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Fransa |
3 |
2 |
1 |
0 |
17-2 |
7 |
2 |
Ukrayna |
4 |
2 |
1 |
1 |
11-6 |
7 |
3 |
Qazaxıstan |
3 |
2 |
0 |
1 |
6-3 |
6 |
4 |
Türkiyə |
3 |
1 |
0 |
2 |
4-7 |
3 |
5 |
CAR |
3 |
0 |
0 |
3 |
2-22 |
0 |
www.RESMIXEBER.az