Rusiya paytaxtında Moskva Maliyyə-Hüquq Universitetini partlatmaqla hədələyən tələbə qız saxlanılıb.
Təhdid mesajı universitetin elektron poçtuna göndərilib. Müəllif özünü tələbə kimi təqdim edib, adını və telefon nömrəsini göstərib.
“Universitetə partlayıcı qurğu yerləşdirilib, mən onu telefon nömrəmdən istifadə edərək uzaq məsafədən işə salacağam”, – deyə mesajda qeyd edilib.
Universitetə fövqəladə xidmət əməkdaşları çağırılıblar. Kinoloqlar əraziyə baxış keçirsələr də, təhlükəli heç nə aşkar etməyiblər.
Tələbə qız saxlanılaraq polis şöbəsinə aparılıb. O bildirib ki, ondan istifadə ediblər. Qızın fikrincə, bu hərəkət bir müddət əvvəl tanış olduğu bir oğlan tərəfindən edilə bilər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: “SHOT” “Telegram”
www.RESMIXEBER.az