Bakıda piyadanı vuran sabiq polis əməkdaşı axtarışa verildi – FOTO

Kriminal


Bakıda piyadanı vuraraq öldürən sabiq polis əməkdaşı axtarışa verilib.

Bakı Şəhər Baş Polis İdarəsindən resmixeber.az-a verilən məlumata görə, Nicat Əfqan oğlu İbrahimli Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.

Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru olmuş Nicat İbrahimli bir neçə il əvvəl ölümlə nəticələnən yol qəzası törədib. O, idarə etdiyi 10-XX-955 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Ədilə Tapdıq qızı İdrisovanı vurub. Nəticədə piyada ölüb. 

Nərimanov Rayon Məhkəməsi N.İbrahimlinin barəsində bəraət hökmü çıxarıb.

Lakin sonradan zərərçəkənin ailəsinin şikayəti əsasında məhkəmə onun həbsinə qərar verib. Lakin N.İbrahimli qaçaraq istintaqdan yayınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir