Ötən sutka ərzində 18 yanğına çıxış və bir halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində bir nəfər xilas edilib.
www.RESMIXEBER.az