Dağlıq rayonlara qar yağıb – FAKTİKİ HAVA + YENİLƏNİB

Cəmiyyət


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, düşən yağıntının miqdarı Qəbələdə 53,0 mm (aylıq normanın 44%-i), İsmayıllıda 22,0 mm (aylıq normanın 18%-i), Zərdabda 18,0 mm (aylıq normanın 49%-i), Göyçayda 18,0 mm (aylıq normanın 29%-i), Qobustanda 17,0 mm, Şamaxıda 13,0 mm, Qrızda 11,0 mm, Oğuz, Şəki, Kürdəmirdə 9,0 mm, Ağdamda 8,0 mm, Ordubad, Ağsu, Qaxda 7,0 mm, Şahbuz, Gədəbəydə 5,0 mm, Lerik, Şahdağ, Xaltanda 4,0 mm, Altıağac, Naxçıvanda 3,0 mm, Qubada 2,0 mm, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Qusar, Göygöl, Tərtər, Yevlax, Sabirabad, Neftçala, Göytəpədə 1,0 mm-dək olub.

Mayın 2-də şimal-qərb küləyi arabir Naxçıvan, Ceyrançöldə 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16, Naxçıvanda 12 dərəcəyədək isti, dağlıq rayonlarda 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta, aran rayonlarında 11-15 dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

10:06

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir