İşdən çıxarılma dalğası, eləcə də “Twitter”in hazırkı sahibi İlon Maskın islahatlarından sonra şirkətin hazırkı heyətinin sayı 1 000 nəfərə düşüb. Bu, son bir neçə il üçün minimum göstəricidir.
Bu barədə “Business Insider” portalı anonim qalmaq istəyən iki mənbəyə istinadən xəbər verir.
Bir neçə həftə əvvəl Mask “Twitter”in 1 500 əməkdaşı olduğunu bildirib. Lakin o, bu rəqəmə şirkətin podratçılarının daxil olub-olmadığını açıqlamayıb.
Mənbələr isə real rəqəmin daha da aşağı – 1 000 nəfər olduğunu bildirib.
Əgər bu məlumat doğrudursa, Maskın təxminən altı ay əvvəl “Twitter”i əldə etməsindən sonra şirkət işçilərinin sayı demək olar ki, 90% azalıb. Onların bəziləri heç bir izahat verilmədən işdən çıxarılıb, bəziləri yeni rəhbərin siyasətinə etiraz olaraq özü çıxıb.
Xatırladaq ki, bir neçə ay öncə işdən çıxarılan islandiyalı Haraldur Torleyfssonla İlon Maskın “Twitter”də yazışmaları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və 11 milyondan çox reaksiyaya səbəb olub.
Mənbə: Gazeta.ru
www.RESMIXEBER.az