Yeyib-içdikdən sonra ustanı bıçaqlayan tələbəyə hökm oxundu

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Naqif Bayramovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə 18 noyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Naqif Bayramov qohumu Xaliq Xaliqovla (şərti) birgə zərərçəkmiş Həsən Qafarzadənin (şərti) yaşadığı fərdi yaşayış evində yeyib-içiblər. Daha sonra usta kimi fəaliyyət göstərən Həsən Xaliqin spirtli içki içmədiyinə görə nalayiq ifadələr işlədib.

Evdə olan qonağın yanında Xaliqin Həsənə kobud rəftar etməsi və daha sonra evdən qovması Naqif Bayramova təsir edib. Onlar arasında mübahisə düşüb. Naqif əvvəlcə otaqda olan masanın üzərindən götürdüyü şüşə stəkanla zərərçəkmiş şəxsi vurub. Bundan sonra o, masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Xaliqə qəsdən bir dəfə zərbə endirib.

Naqif Bayramov məhkəmədə ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilib. O, paytaxtın Buzovna qəsəbəsində yerləşən 5 saylı peşə məktəbində oxuduğunu deyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir