FHN: Ötən sutka 39 yanğına çıxış olub, yeddi nəfər xilas edilib – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 39 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 7 nəfər, o cümlədən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində VAZ-2107 markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan bir nəfər xilas edilib, xəsarət alan bir nəfər sərnişinə ilkin yardım göstərilib. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir