Safoyev: “Heydər Əliyev əsl liderin gözəl nümunəsidir”

Dünya


“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional əlaqələrin inkişafı baxımından çox vacib əhəmiyyətə malikdir”.

“resmixeber.az” xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəmir yolu rabitəsinin inkişafı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkandır.

“Özbəkistan dəniz limanlarından uzaqda yerləşir. İqtisadi baxımdan bu, mənfi cəhətdir və çətinliklər yaradır. Bu baxımdan “Bir kəmər, bir yol” təşəbbüsü Özbəkistan üçün böyük və sərfəli alternativdir”, – Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini bildirib.

S.Safoyev həmçinin qeyd edib ki, çətin günlərdə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Özbəkistana kömək edib.

“Heydər Əliyev əsl liderin gözəl nümunəsidir”, – o əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir