Hafiz Paşayev: “Heydər Əliyev demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”

Cəmiyyət


“Ümummilli lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanı firavan ölkəyə çevirməyə istiqamətlənmişdi. O, demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”.

“resmixeber.az” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın açılışında deyib.

“Belə konfranslar geosiyasətdə mövcud tendensiyaların müzakirəsi üçün unikal platformadır”, – rektor vurğulayıb.

O, tədbirdə 38 ölkədən 60-dan çox ekspertin iştirak etdiyini bildirib.

H.Paşayev Azərbaycan iqtisadiyyatının güclənməsində və inkişafında ulu öndərin rolundan danışıb:

“Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başlayıb və bütün çətinliklərin öhdəsindən gəlib. Heydər Əliyev geosiyasətdə böyük qələbələr qazanıb”.

Onun sözlərinə görə, Cənubi Qafqaz və Xəzər dənizi regionu zəngin enerji resurslarına malik olduğuna görə hər zaman geosiyasi baxımdan diqqət mərkəzində olub:

“Azərbaycanın “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi qlobal enerji layihələri isə Avrasiya regionunda gələcək əməkdaşlıq üçün yol xəritəsini formalaşdırıb”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir