“Ermənistanda fəallar Türkiyədəki seçkiqabağı vəziyyəti diqqətlə izləyir və müxalifətin tərəfindən çıxış edirlər”.
Türkiyəli politoloq, siyasi elmlər namizədi, beynəlxalq və Türkiyə-Rusiya münasibətləri üzrə ekspert Kerim Has resmixeber.az-a müsahibəsində Türkiyədəki seçkiqabağı vəziyyətdən danışaraq bu məsələni şərh edib:
“Yəqin ki, bu, hamının İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq münasibətlərindən xəbərdar olması ilə bağlıdır. Türkiyə prezidenti, eləcə də bütün Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyib. Prezident İlham Əliyev də öz növbəsində Türkiyə liderini dəstəkləyir, o, bu yaxınlarda seçkilərdən əvvəl keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına getmişdi. Dövlət başçıları arasında şəxsi münasibətlər Bakı ilə Ankara arasında münasibətlərin vəziyyətinə müsbət təsir göstərir. Ermənistan bunu görür və düşünür ki, Kemal Kılıçdaroğlu qalib gəlsə, onunla İlham Əliyev arasında əhəmiyyətindən bəhs etdiyim münasibət olmayacaq.
Bəli, Kılıçdaroğlu nisbətən başqa xüsusiyyətdə adamdır, Rəcəb Tayyib Ərdoğanla onun arasında fərq var. O, seçkilərdə qələbə qazanacağı təqdirdə bütün ölkələrlə şəxsi deyil, institusional əlaqələr yaradacaq və bunu artıq açıqlayıb. Ancaq böyük bir “amma” var: bu, Türkiyənin Azərbaycanla bağlı dövlət siyasətinə heç bir şəkildə təsir etməyəcək. Azərbaycan Türkiyə üçün müstəsnalıq təşkil edir, qardaş ölkədir, ən yaxın müttəfiqdir. Müqayisə üçün: Rəcəb Tayyib Ərdoğan, deyək ki, Azərbaycana 100% loyaldırsa, Kamal Kılıçdaroğlu da azı 99,9% loyal olacaq (gülür)”.
Nair Əliyev
www.RESMIXEBER.az