Bahar fəslində Erzincanda yağan qar insanları təəccübləndirdi – VİDEO

Dünya


Türkiyənin Erzincan şəhərinə qar yağıb.

Gecə boyu yağan yağış səhər saatlarında qarla əvəz olunub.

Refahiyə rayonunun Gemecik kəndinə yağan qar insanları təəccübləndirib. Keşiş və Munzur dağlarının zirvələri tamamilə qarla örtülüb.

Erzincan-Sivas avtomobil yolunun 2190 metr hündürlüyündə olan Kızıldağ aşırımında da qar öz təsirini göstərib.

Ərazidə yağış və qarın davam edəcəyi, Ərzincan və Bayburt ətrafında güclü olacağı proqnozlaşdırılır.

Mənbə: İHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir