Fransanın PSJ futbol klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına gedib. Bu barədə jurnalist Əbdül Rəhman Əl-Rəfdan sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunur ki, Messinin səfəri onun “Əl-Hilal”a mümkün keçidi ilə bağlı deyil. Hücumçu ölkənin turizm səfiri olduğu üçün ikinci dəfə Səudiyyə Ərəbistanına uçur.
Uzun müddətdir ki, mətbuatda Lionel Messinin PSJ-dən “Barselona”ya qayıtması ilə bağlı məlumatlar yer alır. Argentinalının PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.
Mənbə: Gazeta.ru
www.RESMIXEBER.az