Zukerberqin siyasəti “Meta”da mənəvi böhran yaratdı

Dünya


“Meta” komandasının daxilində ixtisarlar fonunda şirkətin rəhbəri Mark Zukerberqə qarşı mənəvi böhran və etimadsızlıq artır.

Bu barədə “Washington Post” əməkdaşların anonim açıqlamalarına istinadən yazıb.

Materialda qeyd edilir ki, şirkət əvvəllər də böhran dövrləri ilə üzləşib, lakin rəhbərlik həmişə öz gələcəyinə inamını qoruyub. Hazırda isə söhbət ixtisara düşən on minlərlə işçidən və qeyri-müəyyən perspektivlərdən gedir.

Şirkətin çətinlikləri arasında “meta kainat”a investisiyanın aşağı gəlirliliyi və IT sənayesinə mənfi təsiri qeyd edilib. Zukerberq şirkəti iqtisadi reallıqlara uyğunlaşdırmaq üçün işçilərini ixtisar etməklə xərcləri azaltmaq qərarına gəlib.

Daha əvvəl Zukerberq bildirib ki, korporasiya daxilində virtual və əlavə reallıq bölməsi 2023-cü ilin birinci rübündə 4 milyard dollar itirsə də, “meta kainat” layihəsi bağlanmayacaq.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir