Argentinada epidemiya: 70 mindən çox yoluxma

Dünya


Bu ilin əvvəlindən bəri Argentinada denge qızdırmasına 70 mindən çox yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatından məlum olub.

“Ölkədə 71 717 denge xəstəliyinə yoluxma halı qeydə alınıb”, – deyə açıqlamada bildirilib.

Departament əlavə edib ki, 2023-cü ilin əvvəlindən 53 argentinalı bu xəstəlikdən dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən o da bildirilib ki, son iki həftə ərzində xəstələnmə nisbəti azalmağa başlayıb, lakin ehtiyat tədbirləri qüvvədə qalır.

Qeyd edək ki, noyabr ayında Argentinanın Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi xəstəliyindən ilk insan ölümünü təsdiqləyib. Bundan əvvəl isə Argentinanın Tukuman əyalətində bir nəfər xəstəxanada naməlum virusdan dünyasını dəyişib.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir