“İlk Prezident təqaüdçüləri” layihəsində növbəti qonaq təqdim olunub – VİDEO

Cəmiyyət


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edir. Layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslərdən bəziləri ilə ünsiyyət saxlayıb onlardan ulu öndərimizlə keçirilən görüşü necə xatırladıqlarını, həmin görüşün təhsil və karyeralarındakı rolu, bir şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyev haqqında düşüncələrini bildirməyi xahiş etmişik. “Heydər Əliyev İli” boyunca ilk Prezident təqaüdçüləri ilə silsilə videoçarxlar yayımlanır.

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı “Socar Midstream Operations” MMC-də hüquq qrupunun rəhbəri Murad Mehdiyevdir.

Murad Mehdiyev bildirib ki, 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 643 bal ilə daxil olub. 

“Prezidentin müvafiq sərəncamı ilə president təqaüdünə layiq görülmüşəm. 2002-ci ilin avqust ayında mənə zəng olunanda president təqaüdünə layiq görülməyim və prezidentlə görüşəcəyim barədə məlumat verilməmişdi. Mən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına getdiyim zaman mənim prezident təqaüdünə layiq görüldüyümü və prezidentlə görüşəcəyimi dedilər. Bu mənim üçün çox təəccüblü oldu. Həmin görüşün üzərindən 20 ildən çox keçməsinə baxmayaraq dünən olmuş kimi xatırlayıram. Həmin gün mənim üçün həyatımın ən parlaq günüdür” – deyə, bildirib. 

Müsahibəni təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir