Türkiyə vətəndaşlarını Sudandan təxliyə etdi

Dünya


Türkiyənin Xarici İşlər Nazirliyi qarşıdurmaların baş verdiyi Sudandan Türkiyə vətəndaşlarının geri qayıtmasını təmin etmək üçün 23 aprel 2023-cü il tarixində başlayan təxliyə əməliyyatları ilə bağlı açıqlama yayıb.

Məlumata görə, Afrika ölkəsindəki Türkiyə vətəndaşlarının təxliyəsi başa çatıb.

“Təxliyə əməliyyatlarımızda quru, dəniz və hava yollarından istifadə edilib. 1700-dən çox vətəndaşımızla birgə 22 ölkədən 300-ə yaxın şəxs Sudandan təhlükəsiz şəkildə təxliyə edilib”, – nazirlikdən qeyd edilib.

Açıqlamada vurğulanıb ki, Sudanda 15 aprel 2023-cü ildən bu yana ordu ilə çevik qüvvələr arasında baş verən qarşıdurmalar narahatlıq doğurur.

“Ölkəmiz məsələnin sülh yolu ilə həlli üçün müxtəlif təşəbbüslər həyata keçirir və Sudanda qardaş qanının tökülməsinin qarşısını almaq üçün hər cür diplomatik vasitələri səfərbər edir”, – XİN-dən bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir