Çay evində qətl: Nalayiq ifadəyə görə ov bıçağını işə saldı – VİDEO

Cəmiyyət


Çay evində tanışını qətlə yetirən Turxan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 2019-cu il sentyabrın 3-də 6-cı mikrorayondakı çay evində baş verib.

İstintaqla müəyyən edilib ki, Turxan İsmayılov ov bıçağını şalvarının kəmərinə keçirərək, tanışları Anar Məmmədov, Coşqun Əliyev və Əflan İskəndərovla birlikdə “Mercedes-Benz” markalı avtomobillə 6-cı mikrorayonda yerləşən çay evinə gəlib. Orada əvvəlcədən sifariş etdikləri otağa keçdikdən sonra Əflan İskəndərovun telefonla danışarkən nalayiq ifadələr işlətdiyini bəhanə edib, onunla mübahisə etməyə başlayıb. Əsaslı səbəb olmadan üzərindəki bıçağı çıxarıb, Ə.İskəndərovun qarın nahiyəsinə güclü zərbə vurub və onu həyatdan məhrum edib.

Məhkəmə iclasında Turxan İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turxan İsmayılov 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir