Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, R.Tahirov, A.Qurbanov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları “TEKNOFEST-2023” çərçivəsində İstanbul şəhərində səfərdə olduqları zaman “Özdemir Bayraktar Milli Texnologiya Mərkəzi”ni ziyarət ediblər.
Ziyarət zamanı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyəti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb.
Görüş zamanı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçıların hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanaraq, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
www.RESMIXEBER.az