“Taliban” ABŞ ordusuna qarşı hücumun təşkilatçısını məhv edib

Dünya


Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı 2021-ci ildə Kabil hava limanında törədilən terror aktının təşkilatçısını məhv edib.

Xatırladaq ki, 2021-ci ildə Əfqanıstan paytaxtının hava limanında kamikadze hücumu nəticəsində onlarla mülki şəxs və ABŞ ordusunun 13 hərbçisi həlak olmuşdu.

O zaman hücuma görə məsuliyyəti öz üzərinə İŞİD-in Əfqanıstandakı qolu olan “Vilayət Xorasan” qruplaşması götürmüşdü.

Mənbə: Reuters

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir