Dünya kino tarixində bir ilk: Kosmosda çəkilən film nümayişə çıxır – FOTO/VİDEO

DIN


Film tarixində ilk dəfə olaraq kosmosda çəkilən “Vızov” (“Çağırış”) filmi artıq nümayişə çıxır.

Bu barədə Rusiyanın “Birinci Kanal”ından xəbər verilib.

“Kosmosda çəkilmiş ilk film və bu, hər şeyi deyir. Dekorasiyada, kompüterdə deyil, sözün əsl mənasında Yerdən kənarda, əbədiyyət və ulduzlar arasında. Kino tarixində ilk dəfə olaraq, tamaşaçılar kosmosu olduğu kimi – real görəcəklər”, – deyə “Birinci Kanal”ın baş direktoru, prodüser Konstantin Ernst bildirib.

Filmin süjetinə görə, torakal cərrah Jenya (Yuliya Peresild) əsl kosmonavt Oleq Novitskinin canlandırdığı kosmonavt İvanovu xilas etmək üçün bir ay ərzində uçuşa hazırlaşmalı, sonra isə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanmalıdır. O, çəkisizlik şəraitində ən çətin əməliyyatı yerinə yetirməlidir – astronavtın Yerə sağ-salamat qayıtma şansı bundan asılıdır.

Məlumata görə, rusiyalı kosmonavt Anton Şkaplerov, kinorejissor Klim Şipenko və aktrisa Yuliya Peresild filmin çəkilişləri üçün  2021-ci ildə “Soyuz MS-19” kosmik gəmisində BKS-ə yollanıblar.

BKS-də çəkilişlərdə kosmonavtlar Anton Şkaplerov, Oleq Novitski və Pyotr Dubrov da iştirak ediblər. Filmdə, həmçinin Miloş Bikoviç, Vladimir Maşkov, Aleksandr Baluyev, Yelena Valyuşkina, Aleksandr Samoylenko və başqaları çəkiliblər.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir