Rəcəb Tayyib Ərdoğan: “Böyük xəyallar qurduq, amma heç vaxt xəyal satmadıq”

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə qarşıdakı 5 ildə həyata keçirəcəkləri layihələrdən danışıb.

Onun sözlərinə görə, bu planları ölkənin hasil etdiyi təbii qaz və neft gəlirlərindən ayrılacaq qaynaqlarla həyata keçirəcək.

“İlk şad xəbərim evdar xanımlaradır. Evimizin yükünü daşıyan evdar xanımlarımıza pensiya haqqı gətiririk. Biz dövlət olaraq pensiyaya çıxmaq istəyən evdar xanımlarımızın mükafatlarının üçdə birini ödəyəcəyik. İkinci xoş xəbərimiz odur ki, gənclərimizin təhsilindən tutmuş biznes yaratmağa, ailə qurmağa kimi hər mərhələdə yanındayıq. Gənclərimizi maddi dəstək, qrant, yaxud faizsiz kreditlərlə həyata hazırlayırıq. Evlənmək istəyən gənclərimizə 2 il güzəştli, 48 ay müddətlə 150 ​​min lirə kredit verəcəyik. Beləliklə, gənclərimiz maddi sıxıntıya düşmədən rahatlıqla öhdəsindən gələ biləcəkləri şəraitdə evlərini tikə biləcəklər. Üçüncü yaxşı xəbərimiz ondan ibarətdir ki, biz hər ailədə ən azı bir nəfərin ailənin bütün üzvlərinin işlə təmin olunmasında iştirakını təmin edəcəyik”.

Dövlət başçısının sözlərinə görə, beləliklə heç olmasa bir üzvünün işləmədiyi ailə qalmayacaq.

“Biz həmişə millətimiz üçün böyük xəyallar qurmuşuq. Amma biz heç vaxt xəyal satmamışıq. Hər zaman əsaslı proqramlar və layihələr həyata keçirmişik. İnvestisiyalar etdik. Ölkəmizi 21 ildə 3,5 trilyon dollarlıq sərmayəyə belə qovuşdurduq. Baxın, bu namizədlər, bu iş və xidmətlər, bu da seçki qutuları – hamısı sizin tərəzinizdədir”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: Hürriyet

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir