Bank əməkdaşını qadınla şantaj edən dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Cəmiyyət


Ali Məhkəmədə Bakıda kişini şantaj edərək külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilən dəstə üzvləri – Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımov və Yaqut Kərimova barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Samir Mahmudov 11 il, Zaur Əliyev 10 il 6 ay, Elvin Zahidov 10 il, Fərid Qasımov 12 il, Yaqut Kərimova isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Fərman Fərmanzadəni hədələyərək ondan külli miqdarda pul alıblar. Belə ki, Fərid Qasımov zərərçəkmişə Mərdəkan qəsəbəsində torpaq sahəsi satmaq üçün vəd verib. Həmin torpaq sahəsinə sənəd almaq üçün ondan müxtəlif məbləğlərdə pul tələb edib. Daha sonra isə onu şantaj edib.

Fərid Qasımov torpaq sahəsi üçün saxta sənədlər hazırladığını, buna görə Fərman Fərmanzadənin də məsuliyyət daşıdığını deyib. Bu bəhanə ilə də ondan pul tələb edib. Pulu verməyəcəyi təqdirdə isə onun barəsində polisə məlumat verəcəyini deyib. Bu məqsədlə ondan 50 min, daha sonra isə 15 min manat tələb edildiyi bildirilir.

Bu işdə digər təqsirləndirilən şəxslər də iştirak ediblər. Pulu verməyəcəyi təqdirdə digər şəxslərin Fərman Fərmanzadəni döyməklə, işgəncə verməklə hədələdiyi bildirilir. Həmçinin F.Fərmanzadəni qadınla intim əlaqəyə girməyə məcbur edərək bunu lentə almaq istəyiblər. Şantajlardan sonra pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs ediliblər.

F.Fərmanzadə ifadə verən zaman məlum olub ki, o, bank əməkdaşı olub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir