Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“resmixeber.az”un məlumatına görə, avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Rəşad Ziyadxan oğlu Məmmədov və 1998-ci il təvəllüdlü Elvin Surxay oğlu Əliyev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
www.RESMIXEBER.az