Bakıda altı məktəb gələn həftə onlayn tədrisə keçəcək – SİYAHI

Cəmiyyət


Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar 24-29 aprel tarixlərində 1, 6, 7, 8, 132-134, 160 nömrəli ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Bu barədə “resmixeber.az”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə gerçəkləşəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir